Kemeron: Sual budur: bizim iradəmiz varmı?..

Devid Kemeron ABŞ Konqresini bir zamanlar Hitlerlə edilən səhvlərin Putinlə təkrarlamamağa və Ukraynaya yardım paketini qəbul etməyə çağırıb...

Böyük Britaniyanın xarici işlər naziri və keçmiş baş naziri Devid Kemeron amerikalı konqresmenləri Putinlə Hitlerə qarşı sakitləşdirmə siyasəti adı altında buraxılmış səhvləri təkrarlamamağa və Ukraynaya çox milyardlıq yardım paketini təcili təsdiq etməyə çağırıb,

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “The Hill” onlayn nəşrindəki məqaləsində yazıb.

“Mən 1930-cu illərdə Hitlerə qarşı göstərdiyimiz zəifliyi Putinə qarşı göstərməyimizi istəmirəm. 2008-ci ildə Putin Gürcüstanı işğal edərkən ona qarşı göstərdiyimiz zəifliyi və ya 2014-cü ildəki cavabımızdakı qeyri-müəyyənliyi göstərməyimizi istəmirəm. Putin Krımı və Donbasın böyük hissəsini ələ keçirəndə - 2022-ci ildə yeni təcavüz aktı törətmək üçün, bu, bizə daha çox baha başa gələcək”, deyə Kemeron yazıb.

Heç bir səbəb olmadan bir ölkənin digərinə hücum etməsinin daha parlaq nümunəsini təsəvvür etmək çətindir”, deyə Kemeron ABŞ konqresmenlərini inandırır.

“Bir tərəfdə Qərbdən kənarda qalmaqla öz imperiyasını genişləndirməyə ümid edən Putin var. O, bizim zəif olduğumuzu düşünür. O, bütün həyatımızda gördüyümüz ən sarsıdıcı təcavüz aktından qurtula biləcəyini düşünür”, Xarici İşlər Nazirliyinin rəhbəri yazır.

“O biri tərəfdə isə bizik. Bizim resurslarımız, iqtisadi gücümüz, biliyimiz var. İqtisadiyyatımız Rusiyadan 25 dəfə güclüdür. Onlar kömək üçün Pxenyana müraciət etməli olublar. Yetər ki, gücümüzdən istifadə edək. Sual budur: bizim iradəmiz varmı?”, deyə Britaniyanın xarici işlər naziri fikirlərini yekunlaşdırıb.

Poliqon.info