Tramp Ukraynaya yardım deyil, kredit verilməsini təklif edib...

Donald Tramp Ukraynanı karyerasının başlanğıcında potensialı olan, lakin pulu olmayan idmançılarla bağlanan sövdələşmələrlə müqayisə edib...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya kredit şəklində yardım təklif edib.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

“Onlara daha 60 milyard dollar vermək istəyirlər. Onda bunu bu şəkildə edin. Borc verin. Əgər bacarsalar, pulumuzu qaytaracaqlar. Əgər uğursuz olacaqlarsa, pulu geri ödəməli olmayacaqlar. Niyə onlara elə belə pul bağışlamalısınız? Əgər verirsinizsəı, onda kredit olaraq verin”, deyə Tramp dünən Şimali Çarlstonda keçirilən mitinqdə deyib.

Bundan sonra isə ABŞ-ın keçmiş prezidenti bu təklifini karyerasının başlanğıcında potensialı olan, lakin pulu olmayan idmançılarla bağlanan sövdələşmələrlə müqayisə edib.

Poliqon.info