İsrail əməliyyatlara davam edərsə, husilər yeni eskalasiyaya hazırdır

İsrail Qəzza zolağında əməliyyatını dayandırmasa, husilər Qırmızı dənizdə ticarət gəmilərinə hücum etməkdə davam edəcəklər...

Poliqon xəbər verir ki, bu barədə şiə “Ənsar Allah” hərəkatının nümayəndəsi Məhəmməd əl-Buhaiti ITV telekanalına müsahibəsində bildirib. Husilərin nümayəndəsinin sözlərinə görə, İsrailin Qəzza zolağına təcavüzü dayanmasa və anklavın mühasirəsi götürülməsə görginlik daha da artacaq.

“Məhəmməd əl-Buhaiti regionda gərginliyin daha da artacağını bildurdi. “Ənsar Allah” hərəkatının gərginliyi artırmaq üçün bir neçə variantı var”, deyə telekanal müsahibədən sonravurğulayıb.

Qeyd edilir ki, Məhəmməd əl-Buhaiti müsahibəsində Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın səfirliklərinə və hərbi bazalarına hücumları istisna etməyib və əlavə edib ki, hərəkat imkan daxilində Amerika və Britaniyaya daha çox hücum etməyi planlayır.

Poliqon.info