Bayden Missuri ştatında kütləvi atışmadan sonra amerikalılara müraciət edib

ABŞ-da 2024-cü ilin əvvəlindən baş verən kütləvi atışmaların ötən ilin müvafiq günləri ilə müqayisdə daha da artıb...

Poliqon xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Missuri ştatında kütləvi atışma ilə bağlı xalqa müraciətində deyib. Prezidentin müraciəti Ağ Evin rəsmi saytında yerləşdirilib.

Bayden fevralın 14-də atışma nəticəsində onlarla insanın yaralandığı Missuri ştatında baş vermiş faciəni şərh edərkən deyib ki, baş verənlər “Amerikanın ruhunu dərindən yaralayıb”.

“2024-cü ildə bizdə kütləvi atışmaların sayı ötən illə müqayisdə daha çox olacaq”, deyə prezident vurğulayıb.

Eyni zamanda, Bayden ABŞ Konqresinə müraciət edərək, ölkədə hücum silahlarının satışına qadağa qoyulmasına və potensial alıcıların yoxlanılmasının sərtləşdirilməsinə çağırıb. Ağ Evin sahibinin fikrincə, Birləşmiş Ştatlar insanların gündəlik işləri ilə məşğul ola biləcəyi və mümkün “silahlı zorakılıq” səbəbindən həyatları üçün qorxmadıqları bir ölkəyə çevrilməlidir.

Qeyd edək ki, dünən Missuri ştatının Kanzas-Siti şəhərində kütləvi atışma baş verib. Hadisə Milli Futbol Liqası Superkubokunun qaliblərinin şərəfinə keçirilən paradda baş verib.

Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli bilinən iki şəxsi saxlayıb. Yerli polis rəisi bildirib ki, atışmada ən azı 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Poliqon.info