Qızıl Aypara: Qəzzadakı “Əl-Amal” xəstəxanası atəşə tutulub...

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsindəki “Əl-Amal” xəstəxanası yaxınlığında intensiv atəşə tutulduğunu bildirib...

Poliqon xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti Qızıl Aypara sosial şəbəkədə X sosial şəbəkəsində məlumat yerləşdirib. Atəş nəticəsində binaya ziyan dəyib

Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin anklavın mərkəzi hissəsində yerləşən “Əl-Mağaz”i qaçqın düşərgəsinin artilleriyadan atəşə tutulduğunu bildirib. Cəmiyyətin məlumatına görə, İsrailin hücumu nəticəsində ən azı bir fələstinli yaralanıb.

Poliqon.info