Moskvanın mərkəzində atışma olub - Video

Moskvanın mərkəzindəki Plyuşixa küçəsində atışma baş verib...

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Plyuşixa küçəsində vətəndaşlar arasında münaqişə baş verib. Bu zaman onlardan biri travmatik tapançadan bir neçə dəfə atəş açıb. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir", - deyə bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Poliqon.info