Amansızlıqla qətlə yetirilən Əhmədovlar ailəsinin üzvləri dəfn edildilər - Yenilənib, Foto

Ötən gün Xətai rayonunda amansızlıqla qətlə yetirilən ailə üzvləri bu gün dəfn olunublar...

“Qafqazinfo” xəbər verir ki, mərhumlar Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

##galery##

***

Qətlə yetirilən Əhmədovlar ailəsinin dəfn olunacağı yer bəlli olub.Baku TV xəbər verir ki, qətlə yetirilən şəxslərin cənazələri Xanım Fatimeyi-Zəhra məscidinə aparılıb.

Əhmədovlar ailəsinin Dədə Qorqud qəbiristanlığında dəfn ediləcəyi bildirilib.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ətraflı videonu təqdim edirik:

Poliqon.info