Çin BMT-də Ukrayna məsələsində Rusiyaya dəstək verib

Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Çjan Tsyun ABŞ-ı Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü dayandırmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb. Çinin BMT-dəki daimi nümayəndəsi qeyd edib ki, davamlı sülhün əldə edilməsi naminə dialoqa başlamaq üçün səy göstərilməlidir və silahlanma, eymi zamanda vəziyyətin gərginləşməsi yolu ilə sülh əldə edilə bilməz.

“Qərb ölkələri atəşə yanacaq tökməyi dərhal dayandırmalı və beynəlxalq ictimaiyyətin diplomatik səylərinə xələl gətirməyə son verməlidirlər. Bir ölkənin təhlükəsizliyi digər ölkələrin təhlükəsizliyi hesabına təmin oluna bilməz, regional təhlükəsizlik isə hərbi qrupların gücləndirilməsi və hətta genişləndirilməsi ilə təmin edilə bilməz. Bütün ölkələrin maraqları bir-birinə bərabərdir”, deyə daimi nümayəndə çıxışında bildirib.

Çjan Tsyun həmçinin bildirib ki, Moskva və Kiyev arasında münaqişənin siyasi həlli imkanlarını qorumaq üçün Rusiyaya qarşı təzyiq, böhtan və birtərəfli sanksiyalar əvəzinə NATO dialoqa davam etməlidir.

Poliqon.info