Netanyahu atəşkəs danışıqlarında İsrail nümayəndələrinə təklif verməməyi tapşırıb

İsrailin Baş naziri Benyamin Netanyahu Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda iştirak edən İsrail nümayəndə heyətinə sadəcə qulaq asmağı və yeni fikirlər təklif etməməyi tapşırıb...

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail ordusunda girov probleminə cavabdeh olan ehtiyatda olan general-mayor Nitzan Alon səfərdən bir müddət əvvəl danışıqlar üçün bir sıra ideyalar irəli sürüb. Lakin Baş nazir onları rədd edib və əvəzində nümayəndə heyətinə “sadəcə qulaq asmağı” tapşırıb.

Portalın mənbələri onu da bildirib ki, Netanyahu öz nümayəndələrinə yeni təkliflər irəli sürmək səlahiyyətini verməkdən imtina etdikdən sonra Alon danışıq aparmaqdan imtina edib və onun yerinə danışıqllara bir deputat göndərilib.

Qeyd edək ki, The New York Times qəzetinin yazdığına görə, Qəzza zolağında müvəqqəti atəşkəs və Fələstin HƏMAS hərəkatının saxladığı israilli girovların bir gün əvvəl Qahirədə baş tutan danışıqları daha üç gün uzadılıb.

İlk gün danışıqlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri Devid Barnea iştirak ediblər. Onlara Misir və Qətərin yüksək rütbəli rəsmiləri də qoşulub. Bu ölkələr danışıqlarda vasitəçi kimi çıxış edirlər.

Poliqon.info