Öldürülən məktəb direktorunun qardaşı Qod Nisanovla çalışır

Bu gün Bakıda oğlu tərəfindən qətlə yetirilən 59 saylı məktəbin direktoru Əhmədova Bikə Bədəl qızı ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub...

Bakupost.az-a verilən məlumata görə, mərhum Bikə Əhmədova Moskvadakı "Bakı bulvarı" restoranlar şəbəkəsini işlədən Niyaz Bədəlovun bacısıdır.

O da bildirilir ki, Niyaz Bədəlov tanınmış azərbaycanlı milyarder Qod Nisanovun Moskvadakı biznesini idarə edir.

Əslən Neftçaladan olan Niyaz Bədəlovun imkanlı və uğurlu iş adamı olduğu qeyd olunur.

Poliqon.info