Almaniya müdafiə xərclərini artırıb...

Almaniya NATO-nun ölkənin ÜDM-nin iki faizini müdafiəyə xərcləmək hədəfinə çatmağa başlayacaq...

Poliqon xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

"Bu il Almaniya ÜDM-nin iki faizini NATO məqsədləri üçün xərcləyəcək və bunu hər zaman edəcək", deyə Şolts Almaniya Silahlı Qüvvələrinin qarşıdakı onilliklər üçün sifarişləri yerinə yetirməyə artıq hazır olduğunu, bunun da Almaniya və Avropanın müdafiəsinə böyük töhfə olacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl Şimali Atlantika Müqaviləsi Təşkilatı üzv dövlətləri ÜDM-in iki faizini müdafiəyə xərcləməyə çağırıb. Hələlik bir çox Avropa ölkələri bu öhdəliyi yerinə yetirə bilməyib.

ABŞ prezidentliyinə namizəd Donald Tramp NATO ölkələrini müdafiəyə lazımı qədər pul ayrımamaqda ittiham edib. Sabiq dövlət başçısı hakimiyyətə qayıdacağı halda Rusiyanı müdafiə xərclərini artırmayan NATO dövlətlərinə hücum etməyə təşviq edəcəyini bildirib. Trampın bu açıqlaması Qərb ölkələrində qalmaqala səbəb olub.

Poliqon.info