Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-yə səfərə yollanıb...

Poliqon xəbər verir ki, Türkiyə lideri Dünya Hökuməti Zirvə toplantısında çıxış etmək üçün çərşənbə axşamı gecə BƏƏ-yə uçub, bundan sonra Misirə gedəcək. O, 12 ildən sonra ilk dəfə Qahirəyə səfər edəcək.

Ərdoğan özü bildirib ki, regional problemləri müzakirə edəcək, lakin dialoqun əsas mövzusu Qəzza zolağında vəziyyətin gərginləşməsi və İsrailin hərəkətlərinə cavab olaraq dövlətlərin ata biləcəyi birgə addımlar olacaq.

Fevralın 4-də Türkiyənin "Sabah" qəzeti mənbələrə istinadən yazıb ki, Qərb ölkələri Türkiyənin təşəbbüsü ilə Qəzza üzrə aparılan sülh danışıqlarında radikal HƏMAS qrupunun iştirakına qarşıdır.

Yanvarın 29-da bildirilib ki, Səudiyyə Ərəbistanı, İordaniya, Misir milli təhlükəsizlik departamentlərinin yüksək vəzifəli rəsmiləri, eləcə də Fələstin Milli Administrasiyasının nümayəndələri Ər-Riyadda müharibədən sonrakı idarəolunma planlarını müzakirə etmək üçün görüş keçiriblər.

Poliqon.info