Avropa İttifaqının artıq ABŞ-ın təhlükəsizlik zəmanətlərinə inamı tükənib

Avropa artıq regionda potensial münaqişələr zamanı öz təhlükəsizliyini təmin etmək üçün ABŞ və NATO ittifaqına ümid edə bilməz...

Poliqon Politico nəşrinə istinadən xəbər verir ki, Avropadakı siyasi müşahidəçilər Trampın NATO-nu tənqid edən son bəyanatlarına belə reaksiya veriblər. Ekspertlər həmçinin onu da qeyd edublər ki, Aİ-yə öz müdafiə qabiliyyətini artırmaq üçün onilliklər və yüz milyardlarla avro lazımdır.

“Əsas odur ki, Amerikaya güvənmək riskə çevrilib. Nəzərə alsaq ki, Avropanın müstəqilliyi təhlükə altındadır, o cümlədən mümkün Rusiya təhlükəsi, Aİ-yə B planını hazırlamağa başlamaqdan başqa yol buraxmır. Bununla belə, Avropa liderləri hələ də qəzəb və inkar mərhələsindədir”, deyə nəşr yazır.

Müşahidəçilərin fikrincə, ABŞ-ın hazırkı prezidenti Co Baydenin hakimiyyətə gəlməsi “Avropada yanlış təhlükəsizlik hissini bərpa edib” və bu, Avropa liderlərinə NATO-dan strateji muxtariyyət yaradılması məsələlərini təxirə salmasına yol açıb.

“Həqiqət budur ki, Avropa bu bataqlığa görə günahkardır”, deyə nəşrə açıqlama verən ekspertlər fikirlərini yekunlaşdırıblar.

Qeyd edək ki, fevralın 11-də Tramp bildirib ki, əgər bu ölkələr müdafiəyə büdcənin 2 faizini ayırmaq barədə razılaşmalara əməl etməkdən imtina edərlərsə, Rusiya tərəfindən NATO ölkələrinə potensial hücumları dəstəkləyəcək. Siyasətçinin keçmiş tənqidçiləri, ABŞ Respublikaçılar Partiyasının üzvləri eks-prezidentin alyansla bağlı açıqlamalarından sonra onu dəstəkləməyə başlayıblar.

Poliqon.info