ABŞ-da Ukraynaya yardım paketi layihəsi prosessual səsvermədən keçib

ABŞ-ın Ukrayna və İsrailə yardım paketi layihəsi Konqresdə prosessual səsvermədən keçib...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Ukrayna və İsrailə yardım layihəsi yekun prosessual səsvermədən keçib və məsələyə ABŞ Konqresinin Senatında baxılacaq.

66 deputat təşəbbüsün lehinə, 33-ü əleyhinə çıxış edib. Sənədin bu həftənin çərşənbə günü qəbul edilməsiı gözlənilir.

Qanun layihəsi Ukraynaya təxminən 60 milyard dollar məbləğində maliyyə ayrılmasını nəzərdə tutur, İsrail üçün isə təxminən 14 milyard dollar nəzərdə tutulub.

Qeyd edək ki, fevralın 10-da Senat Ukrayna, Tayvan və İsrailə 95,3 milyard dollar məbləğində yardım haqqında qanun layihəsinin müzakirəsinə başlanmasını dəstəkləyib.

Fevralın 11-də qanun layihəsi ABŞ qanunvericiləri tərəfindən ilkin prosessual səsvermədə təsdiqlənib. Senat qaydanı dəstəkləsə belə, Nümayəndələr Palatasında da qəbul edilməlidir.

Poliqon.info