Nyu-York metrosunda atışma – Ölən və yaralılar var...

Nyu-York metrosunda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb...

Poliqon xəbər verir ki, Bronksda Nyu-York metrosunda naməlum şəxs odlu silahdan atəş açıb. Nyu York Polis Departamentinin rəisi Maykl Kemper bildirib ki, ikisi yeniyetmə olmaqla bir nəfər ölüb, beş nəfər yaralanıb.

AP və The New York Post nəşrlərinin məlumatına görə, fevralın 12-də saat 16:40 radələrində (Moskva vaxtı ilə 13 fevral 01:40) Mount Eden Avenue stansiyasında atəş açılıb. Şahidlərin bildirdiyinə görə, naməlum şəxs ümumilikdə təxminən 10 dəfə atəş açıb.

Nyu-York polis rəisi atışma zamanı 34 yaşlı kişinin həlak olduğunu bildirib. Xəsarət alanlar arasında 14 yaşlı qız və 15 yaşlı oğlan, həmçinin 71, 28 və 29 yaşlı üç böyük var.

Polisin məlumatına görə, naməlum şəxs qatar sərnişinləri ilə münaqişə zəminində atəş açmağa başlayıb. CNN telekanalı bildirib ki, atəş açan şəxs qırmızı gödəkçə və xizək maskası geyinib. Atışmadan sonra o, qaça bilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Poliqon.info