"Hizbullah" komandiri rusların pilotsuz təyyarələrdə təliminə rəhbərlik edir

Suriyadakı Şayrat hərbi aerodromunun ərazisində ruslar "Şahed-136" və "Ababil-3" hücum pilotsuz uçan aparatlarını və uzaqdan idarə olunan "Raad" təyyarələrini idarə etməyi öyrənirlər...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, təlimləri Livan "Hizbullah"ının polis qüvvələri və İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) keçir.

Hərbi təlimə "Hizbullah"ın komandirlərindən biri, pilotsuz təyyarələrin istehsalı və texniki xidməti üzrə ixtisaslaşmış Kamal Əbu Sadiq rəhbərlik edir.

Müəyyən edilib ki, Moskvanın Ukraynaya qarşı müharibədə PUA operatoru kimi istifadə etməyi planlaşdırdığı suriyalı muzdlular ruslarla birgə təlim keçir.

Qeyd edək ki, kəşfiyyat məlumatlarına görə, Rusiya Ukrayna Müdafiə Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyada muzdlular cəlb edir. Təlim Hələb şəhəri və Kuveyres aerodromunun yaxınlığındakı ərazidə keçirilir.

Poliqon.info