Keçmiş kəşfiyyatçı: ABŞ Ukrayna və Yaxın Şərqdəki uduzur, B planı yoxdur

ABŞ dəniz kəşfiyyatının təqaüdçü zabiti və hərbi analitik Skott Ritter Vaşinqtonun Ukrayna və Yaxın Şərqdə uğursuzluğa düçar olduğunu bildirib...

Poliqon xəbər verir ki, "Dialogue works" "YouTube" kanalına verdiyi müsahibədə keçmiş kəşfiyyatçı ABŞ-ın belə bir inkişaf üçün ehtiyat planının olmadığını deyib.

"Rusiya Ukraynada qalib gəlir və qazanmağa davam edəcək. Birləşmiş Ştatların bunu dayandırmaq üçün edə biləcəyi heç nə yoxdur", deyə Skott Ritter bildirib.

Onun fikrincə, husilərə qarşı zərbələr gözlənilən nəticəni vermədiyi üçün hadisələr Vaşinqton və Yaxın Şərq üçün yaxşı getmir.

"A planı işləmir və B planı yoxdur. ABŞ-ın mövqeyi qeyri-müəyyəndir", deyən Ritter hesab edir ki, bu, ABŞ-ın yaxın gələcəkdə strateji məğlubiyyətinə gətirib çıxaracaq.

Poliqon.info