Avropa Trampın Rusiyanı NATO-ya hücuma təşviq etməsi ilə bağlı sözlərindən narahatdır

ABŞ prezidentliyinə namizəd Donald Trampın Rusiyanın NATO ölkələrinə potensial hücumlarının təşviq edilməsi ilə bağlı sözləri avropalı siyasətçilərin narahatlığına səbəb olub...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

"Trampın bəyanatı Şimali Atlantika Alyansına daxil olan ölkələrin narazılığına səbəb olub və bir sıra avropalı siyasətçilər onun çıxışı ilə ABŞ-a daha az güvənməyin zəruriliyini nümayiş etdirdiyinə dair fikir bildiriblər", deyə nəşr qeyd edidb.

Latviya prezidenti Edqars Rinkeviç məsələ ilə bağlı şərhində "Mən narahat olmaq üçün pul almıram" deyib və qeyd edib ki, Avropa ABŞ seçkilərinin nəticəsindən asılı olmayaraq, müdafiə xərclərini artırmalıdır.

Almaniya XDİ partiyasının sözçüsü Norbert Röttgen deyib ki, avropalılar qitənin tezliklə özünü müdafiə etməkdən başqa çarəsinin qalmayacağını başa düşməlidirlər. Röttgen Trampın sözlərini Avropa üçün təhlükə yaratdığını vurğulayıb.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada mitinq zamanı Rusiyadan NATO ölkələrinə potensial hücumları təşviq etmək planlarını açıqlamışdı. Onun sözlərinə görə, bu münasibətə səbəb Şimali Atlantika Alyansının hərbi-siyasi blok çərçivəsində maliyyə öhdəliklərini yerinə yetirməməsi olub.

Poliqon.info