Konqresmen Şiff: Putin Trampın NATO ilə bağlı bəyanatlarından çox məmnundur...

Demokrat konqresmen Trampın NATO ilə bağlı sözlərindən sonra Putinin “çox sevindiyini” bildirib...

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, demokrat Adam Şiff dövlət başçısı vəzifəsinə namizəd Donald Trampı Rusiyanın NATO ölkələrinə potensial hücumlarının təşviqi ilə bağlı bəyanatlarına görə tənqid edib.

Poliqon The Hill nəşrinə istinadən xəbər verir ki, Adam Şiff Rusiya prezidenti Vladimir Putin respublikaçının bəyanatlarından çox məmnun qaldığını qeyd edib.

“Oh, indi yəqin ki, Putin çox sevinir”, deyə Şiff bildirib.

Konqresmenin sözlərinə görə, Rusiya prezidentinin beynəlxalq aləmdə vəziyyəti “çox yaxşı getmir”, çünki NATO ölkə sərhədləri yaxınlığında güclənir.

“Və burada Donald Tramp gəlir ki, Rusiyanı ABŞ və onun NATO müttəfiqlərinin məngənəsindən qoparsın”, deyə Şiff əlavə edib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada mitinq zamanı Rusiyadan NATO ölkələrinə potensial hücumları təşviq etmək planlarını açıqlayıb. Onun sözlərinə görə, bu münasibətə səbəb Şimali Atlantika Alyansının hərbi-siyasi blok çərçivəsində maliyyə öhdəliklərini yerinə yetirməməsi olub.

Poliqon.info