Ağ Evin keçmiş həkimi: Bayden səhhətinə görə prezident ola bilməz...

Ağ Evin keçmiş həkimi, konqresmen Ronni Cekson Amerikanın hazırkı lideri Co Bayden səhhətinə və koqnitiv problemlərinin bütün ölkə üçün böyük təhlükə yaratdığına görə prezident ola bilməz...

Poliqon xəbər verir ki, Ağ Evin keçmiş həkimi “Fox News” telekanalına müsahibəsində deyib.

“Onun ciddi problemləri var... Bu, əsl milli təhlükəsizlik məsələsidir”, deyə Ronni Cekson telekanala bildirib.

Ceksonun sözlərinə görə, Baydenin səhhəti “hər gün daha da pisləşir”.

Həkim həmçinin qeyd edib ki, Barak Obama administrasiyasında vitse-prezident olarkən o, Baydeni “hər gün” müşahidə edib və həmin andan siyasətçinin idrak qabiliyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini müşahidə edib.

Qeeyd edək ki, bundan əvvəl həkim Marty Macari Baydendə mütərəqqi demensiyanın əlamətlərini təsdiqləyib.

Daha əvvəl isə The Wall Street Journal nəşri isə amerikalıların Baydeni Birləşmiş Ştatların prezidenti kimi görmək istəmədiklərini yazıb.

Poliqon.info