Bakıda itkin düşən məktəbli tapılıb - Yenilənib

Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb...

Bakıda itkin düşən məktəbli tapılıb.

Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdən "Report"a verilən məlumata görə, VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) hazırda dərsdədir.

***

"Report" xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ev 31A, mənzil 1-də yaşayan Kəmalə Həsənova fevralın 10-da Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib.

Bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 2010-cu il təvəllüdlü, Binəqədi rayonu, 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əsnat Həsənli fevralın 9-da evdən çıxıb geri qayıtmayaraq itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info