Alexander Stubb Finlandiyada keçirilən prezident seçkilərində qalib gəlib

Finlandiyada keçirilən prezident seçkilərinin ikinci turunda Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb qalib gəlib...

Poliqon xəbər verir ki, bu barədə Finlandiyanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Departamentin məlumatına görə, səslərin 100%-i hesablandıqdan sonra Stubb 51,6%, keçmiş xarici işlər naziri və parlamentin üzvü Pekka Haavisto 48,4% səs toplayıb. Seçkilərdə 67,6 faiz iştirak edib.

Seçkilərin yekun nəticələri fevralın 14-də Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənəcək. Hökumət seçkilərin nəticələrini cümə axşamı, fevralın 15-də keçiriləcək plenar iclasında elan edəcək. Ədliyyə Nazirliyindən verilən məlumata görə, respublika prezidentinin səlahiyyət müddəti mart ayından başlayacaq.

Alexander Stubb 1 aprel 1968-ci ildə ikidilli fin-isveç ailəsində anadan olub. 2008-2010-cu illərdə Matti Vanhanen hökumətində xarici işlər naziri vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Mari Kiviniemi və Jyrki Katainen hökumətlərində Aİ işləri və xarici ticarət naziri olub. 2014-2015-ci illərdə Finlandiya hökumətinə rəhbərlik edib. 2020-ci ildən o, siyasəti tərk edərək Transmilli Məktəbdə dərs deyib.

Poliqon.info