Stoltenberq: Tramp öz bəyanatı ilə NATO qoşunlarını təhlükə altına qoyub

NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ prezidentliyinə namizəd Donald Trampın dövlət başçısı kimi Rusiyanın hücumu olacağı təqdirdə Şimali Atlantika Alyansı ölkələrini müdafiə etməyəcəyi ilə hədələdiyi sözlərini şərh edib...

Poliqon xəbər verir ki. bu barədə The Guardian nəşri məlumat yayıb. Stoltenberq hesab edir ki, Tramp bu bəyanatə ilə NATO qoşunlarını riskə atıb.

“Müttəfiqlərin bir-birini qorumayacağına dair hər hansı bir təklif ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla bütün təhlükəsizliyimizi pozur və Amerika və Avropa əsgərlərini artan riskə məruz qoyur. Mən gözləyirəm ki, prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Birləşmiş Ştatlar güclü və sadiq NATO müttəfiqi olaraq qalacaq”, deyə Stoltenberq yazılı bəyanatında bildirib.

Qeyd edək ki, Tramp Cənubi Karolinada mitinq zamanı NATO liderləri ilə keçirdiyi görüşlərdən birini xatırladıb. Onun sözlərinə görə, böyük dövlətlərdən birinin rəhbəri Rusiyanın hücumu zamanı ABŞ-ın ölkəsini müdafiə edib-etməyəcəyi ilə bağlı sual verib. ABŞ-ın 45-ci prezidenti isə buldirib ki, qarşı tərəf NATO-nun maliyyələşdirilməsi ilə bağlı öz öhdəliyini yerinə yetirmədiyi üçün, ABŞ-da həmin ölkəni müdafiə etməyəcək. “Əslində, mən onları istədiklərini etməyə təşviq edərdim. Müdafiə istəyirsənsə, bunun əvəzini də ödəməlisən" deyə respublikaçı cavab bildirib.

Poliqon.info