Alman generalları Kiyevə gizli səfər edib

Fevralın 8-də yüksək rütbəli alman generalları Kiyevdəki otellərdən birində görüntülənib. Onların general-mayor Kristian Froydinq və Bundesverin baş müfəttişi Karsten Broyer olduğu ortaya çıxıb...

Poliqon xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Qeyd edək ki, onlardan birincisi - Kristian Froydinq Almaniya Müdafiə Nazirliyi yanında Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupuna rəhbərlik edir. Karsten Broyer isə Almaniyanın əsas hərbi rəhbərlərindən biri və müdafiə nazirinin etibarlı adamıdır.

Alman generalların Kiyevə gizli şəkildə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının dəvəti ilə gəldiyi qeyd olunur. Lakin onlar gələn gün Zalujnı işdən çıxarılıb.

Almaniya Müdafiə Nazirliyi səfərin məqsədinin “mövcud müdafiə ehtiyacları və gələcək hərbi çağırışlar haqqında əlavə məlumat mübadiləsi aparmaq” olduğunu bildirib. Alman generalları yeni baş komandan Sırski və müdafiə naziri Umerovla görüş keçiriblər. (Bakuoist.az)

Poliqon.info