İmişli rayonunda erkən nikah əleyhinə aksiya keçirilib - Foto
Aksiyalar zamanı kəndlərdə əhalinin sıx toplandığı yerlərdə erkən nikah əleyhinə posterlər asılmış, kənd sakinləri arasında bukletlər paylanılmış, kənd sakinləri ilə fərdi söhbətlər və fikir mübadilələri aparılmışdır. Yerli icra və bələdiyyə nümayyəndələri ilə görüşlər keçirilmiş, binaların qarşısına erkən nikahlar əlehyinə posterlər asılmışdır. Aparılan fərdi görüşlər və söhbətlər zamanı erkən nikahları doğuran hallar və səbəblər, erkən nikah praktikasının qarşısının davamlı və effektif şəkildə alınması yolları müzakirə edilmişdir. Yerli sakinlər tərəfindən müxtəlif fikirlər və təkliflər səsləndirilmişdir. Keçirilən aksiyaların məqsədi erkən nikah hallarının qarşısını almaq üçün daha effektiv, təsirli təcrübə, mexanizimləri və yanaşmaları tətbiq və təbliğ etməkdir.
Bu fəaliyyətlər Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə icra edilir.
##galery##
Poliqon.info