Almaniyanın xarici işlər naziri Berbokun babası qatı nasist olub

Almaniyanın xarici işlər naziri Annalena Berbokun babası Valdemar Berbok nasional-sosializmin qızğın tərəfdarı olub...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşr Vermaxtın Valdemar Berbok haqqında dosyesinə istinadən qeyd edir ki, o, təkcə Almaniya ordusunun zabiti olmayıb, həm də nasional-sosializmin qızğın tərəfdarı kimi çıxış edib.

Dosyedə Valdemar Berbok “şərtsiz nasional-sosialist” olduğu, Hitlerin “Mein Kampf” kitabını oxuduğu və “tamamilə Nasional Sosializm əsasında fikir yürütdüyü” qeyd edilib.

Qeyd edilir ki, ki, Valdemar Berbok 1945-ci ildə Vermaxtın zabiti olaraq cəbhədə ölüb. Həyat yoldaşı Alma Berbok Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sevimli nənəsi olub və 2015-ci ilə qədər yaşayan Alma Berbok Annalenanın böyüməsinə böyük təsir göstərib.

Poliqon.info