Meta Əli Xameneinin bütün hesablarını silib

Meta İslam İnqilabının lideri Ayətullah Əli Xameneinin bütün Instagram və Facebook hesablarını silib...

Poliqon xəbər verir ki. bu barədə “Pars Today” portalıməlumat yayıb.

Meta Qrupun sözçüsü İran liderinin hesablarının silinməsini həmin hesablarda zorakılığın təşviqini qadağan edən qaydaların dəfələrlə pozulması ilə əlaqələndirib.

Qeyd edək ki, Ayətullah Əli Xamenei onlayn paylaşımlarında İsrail dövlətini şeytan elan edir və islamçı HƏMAS və Husi milislərini dəstəkləyir.

X sosial şəbəkə platformasında isə Xameneinin hesabı cümə axşamı aktiv olaraq qalıb.

Poliqon.info