Hindistan sanksiyalara görə Rusiyadan premium neft almaqdan imtina edib

Hindistanın neft emalı şirkəti "Bharat Petroleum Corp" (BPCL) sanksiyalara görə Rusiyanın premium "Sokol" xam neftini almaqdan yayınır...

Poliqon xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şirkətdən nəşrə bildirilib ki, "Sokol" üçün BPCL-in ödənişləri vasitəçi banklardan keçmir. "Reuters" agentliyinin mənbəsi əlavə edib ki, Rusiyadan daha ucuz "Urals" neftinin alınması davam edir, lakin indi bazar daha da gərginləşib.

ABŞ Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarəti gücləndirdikdən sonra problemlər yaranmağa başlayıb. Məsələ burasındadır ki, "Sokol" nefti yüksək keyfiyyətli tərkibinə görə bir barel üçün 60 dollar qiymət tavanından xeyli yuxarı satılır.

Eyni zamanda, BPCL Qırmızı dənizdəki böhranla əlaqədar Rusiya neftinin qəbulunda heç bir fasilə müşahidə etmədiyini və maliyyə baxımından mümkün olduğu təqdirdə istənilən mənbədən neft almağa davam edəcəyini vurğulayıb.

Poliqon.info