Tramp Nevada ştatında Respublikaçıların kokusunda qalib gəlib

ABŞ-ın keçmiş prezidenti, prezident postuna namizədliyini irəli sürmək niyyətində olan Donald Tramp Nevada ştatında Respublikaçılar partiyasının kokusunda qalib gəlib...

Poliqon xəbər verir ki, bununla da Tramp ABŞ prezident seçkilərində rəsmi namizədliyi üçün daha 26 nümayəndənin dəstəyini təmin edib.

Trampın Nevada ştatında əsas rəqibi siyasətçi Rayan Binkli olub, onun ən yaxın rəqibi, BMT-nin keçmiş səfiri Nikki Heyli isə bu ştatda kokuslarda namizəd olmaqdan imtina edib.

Tramp Nevada ştatında partiyadaxili seçkilərdə iştirak etməyib, lakin onun sponsorları keçmiş prezidentin tərəfdarlarını səsvermə zamanı “hamıya qarşı” variantını seçməyə çağırıblar.

Poliqon.info