Aleksandr Sırskinin təyinatı Ukrayna ordusunda nəyi dəyişəcək?

Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını istefaya göndərmək qərarı siyasi nöqteyi-nəzərdən başa düşüləndir, lakin bunun Kiyevin döyüş meydanında zəifləyən mövqeyini necə yaxşılaşdıra biləcəyi bəlli deyil...

Poliqon xəbər verir ki, bunu Böyük Britaniyanın The Guardian qəzeti yazıb.

Məqalədə deyilir ki, Zalujnı ordunu siyasi təhlükə kimi görməyə başlayan Zelenskinin etibarını itirib. O, lönüllü olaraq vəzifəsini tərk etməkdən imtina edərək, "yuxarıda dözülməz bir vəziyyət yaradıb".

Eyni zamanda, general-polkovnik Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsinə təyinatı radikal gediş kimi qəbul edilmir. Çünki o, Zelenskiyə yaxın adamdır və Kiyevin müdafiəsinə cavabdehdir.

"Amma Ukraynanın əsas problemi ABŞ respublikaçılarını hərbi yardımı təsdiqləməyə inandırmaq olduğu halda açıq-aşkar alternativ hərbi strategiya yoxdur", dryə mətndə qeyd edilir.

Ukrayna döyüş meydanında bir sıra mühüm döyüş sursatları, xüsusən də artilleriya çatışmazlığı yaşayır. Müəlliflərin fikrincə, Rusiya gündə təxminən 10 min mərmi atır ki, bu da Ukraynadan 5 dəfə çoxdur və sənaye istehsalı ilə bağlı problemlər həll olunana qədər Kiyev çox güman müdafiə mövqeyində qalacaq, Moskvanın tədricən tükənəcəyinə ümid edəcək.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib. Onun yerinə Aleksandr Sırski təyin olunub.

Poliqon.info