Kim Çen In qızı ilə MN-ə gedib, Cənubi Koreyanı işğal etməyə hazır olduğunu bildirib

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun yaradılmasının 76-cı ildönümü münasibətilə ölkənin Müdafiə Nazirliyinə səfər edib...

Poliqon xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Xəbərdə Kim Çen Inın nazirliyə qızı ilə gəldiyi dəqiqləşdirilib. Zabitlər qonaqlara gül dəstələri təqdim ediblər. Bundan əlavə, ordunun fəxri qarovul dəstəsinin təntənəli marşı olub. Şimali Koreya lideri generallarla şəkil çəkdirib və çıxış edib.

O qeyd edib ki, Koreya Xalq Ordusu yarandığı gündən 76 il ərzində ardıcıl olaraq ölkənin rifahını, hüquqlarını və maraqlarını müdafiə edib.

"Ordumuzun mübarizə tarixi bir həqiqəti göstərir ki, yalnız dövlət və xalq birliyi sabitliyə və firavanlığa nail ola bilər", deyə Kim Çen In vurğulayıb.

Şimali Koreya lideri qeyd edib ki, çağırışlara və böhranlara baxmayaraq, amansız inkişaf əldə edilib.

Kim Çen In Cənubi Koreyanı daimi əsas düşmən adlandırıb və ölkəsinin təhlükəsizliyi üçün onu işğal etməyə hazır olduğunu bildirib:

"Bir müddət əvvəl partiyamız və hökumətimiz xalqımızın parçalanmasının və qarşıdurmasının tarixini yekunlaşdırdı".

Şimali Koreya liderinin sözlərinə görə, Cənubi Koreyanın ərazilərinin işğalı ilə bağlı qərar fövqəladə vəziyyət yarandıqda veriləcək.

Poliqon.info