Bakıda evdən 35 min manatlıq qızıl oğurlanıb

Bakının Yasamal rayonunda evdən 35 min manatlıq qızıl oğurlanıb...

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bəhruz Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Poliqon.info