Putinlə Bayden son söhbətində nə danışıb?

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenlə son zəngi zamanı deyib ki, ABŞ tarixi ölçülərdə səhv edir...

Poliqon xəbər verir ki, Rusiya lideri bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.

"Mən onunla danışanda, əlbəttə ki, xüsusi hərbi əməliyyat başlamazdan əvvəl idi. Təfərrüatlara varmayacağam, bunu heç vaxt etmirəm, amma o zaman ona dedim: İnanıram ki, siz tarixi ölçülərdə böyük səhvə yol verirsiniz, Ukraynada baş verən hər şeyi dəstəkləyir, Rusiyanı sıxışdırırsınız", deyə Putin bildirib.

Rusiya liderinin sözlərinə görə, o, bu barədə Baydenə dəfələrlə deyib. Bundan başqa Putin Baydenə təzyiq etməməyi, əksinə digər ölkələrin maraqlarına hörmət etməyi öyrənməyi tövsiyə edib.

Karlson fevralın 3-də Moskvaya səfər edib. Onun Rusiyaya gəlişi dünya mətbuatında geniş işıqlandırılıb. Hətta bəzi Qərb rəsmiləri Karlsona qarşı sanksiyaların tətbiqi barədə çağırışlar edib. Putinin müsahibəsi artıq 50 milyondan çox baxış toplayıb.

Poliqon.info