Putin: Rusiya hələ də Ukraynada hərbi əməliyyatın məqsədlərinə nail olmayıb...

Rusiya hələ də Ukraynada hərbi əməliyyatın məqsədlərinə nail olmayıb, çünki onlardan biri denatsifikasiyadır...

Poliqon xəbər verir ki, Rusiya prezidenti bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

“Xeyr, biz hələ qarşıya qoyduğumuz məqsədlərə çatmamışıq, çünki məqsədlərdən biri denatsifikasiyadır. Bu, bütün neonasist hərəkatlarının qadağan edilməsi deməkdir”, deyə Putin bildirib.

Kremlin sahibinin sözlərinə görə, bu, Rusiyanın 2022-ci ildə İstanbulda danışıqlar zamanı müzakirə etdiyi problemlərdən biridir.

Putin Rusiya qoşunlarının Kiyevdən geri çəkilməsindən sonra İstanbulda əldə olunan bütün razılaşmaları dərhal “zibil qutusuna atıldığını” iddia edib. Rusiya prezidenti hesab edir ki, Ukrayna ABŞ-ın göstərişi ilə Rusiya ilə danışıqlardan imtina edib.

Eyni zamanda Putin Rusiya və Ukraynanın gec-tez razılığa gələ biləcəyinə əminliyini ifadə edib.

Poliqon.info