Ukrayna ordusuna yeni baş komandan təyin edilib

Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnini vəzifəsindən azad edib...

APA CNN-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti bu barədə Telegram kanalındakı paylaşımında məlumat verib. O, bu vəzifəyə general-polkovnik Aleksandr Sırskinin təyin edildiyini açıqlayıb.

Zelenski qeyd edib ki, Valeri Zalujnı gələcəkdə də Ukraynanın dövlət komandasının üzvü olacaq. O, Zalujnıya Ukraynanın iki illik müdafiəsinə görə təşəkkür edib.

Zelenski daha əvvəlki paylaşımında Zalujni ilə görüşərək Ukrayna Silahlı Qüvvələrinin nə kimi yeniliyə ehtiyac duyduğunu müzakirə etdiyini qeyd edib.

“Belə bir yeniliyin vaxtı indidir”, - deyə Zelenski vurğulayıb.

Valeri Zalujni isə bu gün Telegram hesabındakı paylaşımında 2022-ci ilin tapşırıqlarının 2024-cü ildəkilərdən fərqli olduğunu qeyd edib.

Poliqon.info