Putin Si Tszinpinlə danışıqlar aparır

Rusiya Federasiyasının prezidenti Vladimir Putin fevralın 8-də Çin Xalq Respublikasının sədri Si Tszinpinlə telefon danışığı aparacaq...

Poliqon xəbər verir ki, bu varədə BRIEF mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, iki ölkə liderlərinin söhbəti çərçivəsində ölkələr arasında maliyyə-iqtisadi əməkdaşlıqda yaranan məhdudiyyətlərlə bağlı Rusiyanın narahatlığı səsləndiriləcək.

Bu həftə, sanksiyalar fonunda Rusiya idxalçıları üçün əsas bank halına gələn Çin Çouzhou Kommersiya Bankı Rusiyadan olan müştərilərlə bütün hesablaşmaları dayandırıb. Bu, Rusiya Federasiyasında qiymətlərin artmasına və çatdırılmaların gecikməsinə səbəb ola bilər, çünki Çindən zəruri malların, məsələn, avadanlıqların idxalı bahalaşacaq. Ekspertlərin fikrincə, vəziyyət mart ayına qədər həll olunmayacaq.

Həmçinin fevralın əvvəlində Ukraynanın Çindən olan 14 şirkəti, o cümlədən "Sinopec Group" və CNPC neft-qaz şirkətləri, həmçinin Çin Dəmir Yolu Tikinti Korporasiyası da daxil olmaqla "qara siyahı"ya daxil etdiyi bildirilib. Çinin Kiyevdəki səfiri Fan Syanronq Ukrayna rəhbərliyinə xəbərdarlıq edib ki, Kiyevin belə bir qərarı ölkələr arasında münasibətlərə mənfi təsir göstərəcək.

Poliqon.info