Kobaxidze Saakaşvilinin həbsxanada olmadığı üçün depressiyaya düşdüyünü bildirib

Gürcüstanın baş naziri postuna namizəd İrakli Kobaxidze bildirib ki, ölkənin eks-prezidenti Mixail Saakaşvilinin depressiyasına onun həbsxanada deyil, iki otaqlı palatada olması səbəb ola bilər...

Poliqon xəbər verir ki, siyasətçinin çıxışını "Sputnik Georgia" agentliyi yayıb.

"İnsan depressiyaya düşə bilər, ona görə ki, başqa məhbuslar cəzalarını həbsxana kamerasında çəkməyə məcburdurlar, o isə heç bir səbəb olmadan iki otaqlı palatadadır. Bu, məni mənəvi baxımdan sıxışdıracaq", deyə İrakli Kobaxidze bildirib.

Bundan əvvəl Saakaşvili müxalifətə ilin sonunda keçiriləcək prezident seçkiləri üçün vahid namizədin müəyyənləşdirilməsi təklifi ilə çıxış edib.

Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Poliqon.info