İƏT rəsmisi: "Seçicilərin aktivliyi yüksək səviyyədə idi"

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) Baş katibinin müavini Əli Əsgər Mohammadi Sicani müşahidə apardıqları məntəqələrdə seçicilərin aktivliyinin birmənalı şəkildə yüksək səviyyədə olduğunu bildirib...

"Report"un məlumatına görə, o, deyib ki, bu seçki Azərbaycan üçün əsl bayram idi.

Azərbaycan dilində danışan beynəlxalq müşahidəçi qeyd edib ki, yaşlı, cavan, kişi, qadın - hər kəsin seçkidə fəal iştirak etdiyini gözləri ilə görüb.

"Bu kampaniya işğaldan azad edilmiş ərazilərdə də keçirildi. Bildiyim qədər 26 məntəqə yaradılmışdı. Amma azad edilmiş ərazilərə getmək fürsətimiz olmadı. Buna baxmayaraq, səsvermənin yüksək şəffaflıq şəraitində keçirildiyinə inanıram", - Əli Əsgər Mohammadi Sicani söyləyib.

İƏT rəsmisi qadınların seçkidə aktiv iştirakının da diqqətini çəkdiyini və buna görə yüksək məmnunluq duyduğunu vurğulayıb.

Poliqon.info