Kürdəmirdə seçici səs verən zaman ölüb

Kürdəmirdə seçici seçki məntəqəsində ölüb...

APA xəbər verir ki, hadisə rayonun Carlı kənd orta məktəbində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin 63 saylı seçki məntəqəsində səs verən zaman ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info