Yüzlərlə fermer traktorlarla Barselonanı mühasirəyə alıb

İspan fermerlər bütün Avropada etiraz edən həmkarlarına qoşulublar...

Barselonanın mərkəzi bir neçə saat traktor kolonları ilə bağlanıb. Fermerlər İspaniyada etiraz aksiyası keçirərək, onlarla yolu bağlayıb və bürokratiyaya, Aİ-nin yeni yaşıl tədbirlərinə və ucuz işçi qüvvəsinə etiraz ediblər.

Poliqon xəbər verir ki. bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Agentlik qeyd edir ki, ispan fermerlərinin tələbləri ümumilikdə Avropa İttifaqı ölkələrində fermerlərin ümumi tələbləri ilə üst-üstə düşür. İttifaq ölkələrinin səlahiyyətliləri üzv olmayan ölkələrin məhsullarına daha ciddi nəzarət, hökumət yardımının artırılması və qanunvericilikdə daha çox çeviklik tələb edir.

Reuters yazır ki, İspaniyanın hər yerində etiraz aksiyaları keçirilib. Kataloniya, şimal-şərq bölgəsi, cənubda Əndəlusiya və qərbdə Ekstremadura etirazlara qoşulub. Şərq sahilindəki şəhərlərdə nümayişçilər limanlaraa girişi bağlasalar da, polis blokadanı tez bir zamanda qaldırıb.

Qeyd edilir ki, nümayişlər artıq İspaniya hökumətini 269 milyon avro məbləğində əlavə subsidiyalar ayırmağa vadar edib. Vəsait 140 min fermerə paylanacaq.

Xatıeladaq ki, son həftələr Avropanın bir çox ölkəsini fermerlərin kütləvi etirazları bürüyüb. Bu fonda AK prezidenti Ursula fon der Leyen pestisidlərin istifadəsini azaltmaq üçün yüksək profilli planı geri götürməyə razılaşıb. Fevralın 6-da Ursula fon der Leyen açıq şəkildə Avropa fermerlərinin problemlərinə görə Rusiyanı və iqlim dəyişikliyini günahlandırıb.

Poliqon.info