Nüvə silahına xərclənən pullar: Hakerlər Şimali Koreyaya 3 milyard dollar gətirib...

BMT ekspertləri Şimali Koreyadan 3 milyard dollar dəyərində oğurlrqlarla bağlı onlarla kiberhücumları araşdırır...

Poliqon xəbər verir ki. bu barədə Reuters Agentliyi məlumat yaylb.

BMT-nin sanksiya monitorinq paneli Şimali Koreyanın 58 iddia edilən kiberhücumunu araşdırır. Reuters xəbər verir ki, ilkin olaraq, bu cür hərəkətlər nəticəsində Pxenyan 3 milyard dollar əldə edib.

Agentlik bu məlumatı BMT-nin bu məsələ ilə bağlı hələ dərc olunmamış hesabatından alıb. Müvafiq komitədən bir qrup müstəqil müşahidəçi sənəddə qeyd edib ki, Şimali Koreya təşkilatın Təhlükəsizlik Şurasının sanksiyalarına məhəl qoymur.

“Komissiya 2017-2023-cü illər arasında Şimali Koreyanın kriptovalyuta ilə əlaqəli şirkətlərə 58 kiberhücumunu araşdırır, bu hücumların ziyanı təxminən 3 milyard dollar dəyərindədir ki, bu da Şimali Koreyanın kütləvi qırğın silahlarının inkişafını maliyyələşdirməyə kömək edir”, deyə Reuters sənəddən sitat gətirir.

Hesabatda Şimali Koreyanın haker qruplarının birbaşa Pxenyanın əsas xarici kəşfiyyat xidməti olan Ümumi Kəşfiyyat Bürosunun nəzdində fəaliyyət göstərdiyi iddia edilir.

“Hücumlar müdafiə şirkətlərini və təchizat zəncirlərini hədəf alıb”, deyə- hesabatda qüeyd edilir.

Reuters mənbələrinin məlumatına görə, sənəd fevralın sonu və ya martın əvvəlində dərc olunacaq. Şimali Koreyanın Nyu-Yorkdakı BMT-dəki missiyası vəziyyətlə bağlı şərh tələblərinə cavab verməyib.

2023-cü ilin mayında Yaponiyanın biznes qəzeti öz mənbələrinə istinadən yazıb ki, KXDR hökuməti ilə əlaqəli hakerlər 2017-ci ildən bəri Yaponiyadan təxminən 721 milyon dollar kriptovalyuta aktivləri oğurlayıblar. Pxenyan kiberhücumlarla bağlı bütün ittihamları dəfələrlə rədd edib.

Poliqon.info