Vuçiç: Serbiyadakı ruslar Putinə qarşıdır, lakin ukraynalılar onu dəstəkləyir...

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsindəki rusların sayını 45-50 min arasında olduğunu və onların əsasən Rusiya prezidenti Vladimir Putinə qarşı olduqlarını bildirib...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti Vuçiçlə Almaniyanın müdafiə naziri Boris Pistorius arasında keçirilən görüşdən sonra keçirilən mətbuat konfransından yazıb. Eyni zamanda, Vuçiç qeyd edib ki, Serbiyada yaşayan ukraynalılar əsasən rusdillidir və Rusiya dövlət başçısını dəstəkləyirlər.

Bundan əlavə Serbiya prezidenti Ukraynadakı hərbi əməliyyatlar səbəbindən ölkəsinə, eləcə də Serb Respublikasına (Bosniya və Herseqovinanın bir hissəsi) qarşı xarici təzyiqlərin artmasından şikayət edib. O, bildirib ki, Serbiya hakimiyyəti mənəvi prinsiplərə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmir və etiraf edib ki, bu səbəbdən ölkə bir çox problemlərlə üzləşir.

Poliqon.info