Suriyadakı neft yatağında möşqe tutan Amerika bazası atəşə tutulub

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağında yerləşən Amerika bazası raket atəşinə tutulub...

Poliqon xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb. Telekanalın müxbiri iddia edib ki, ABŞ bazası pilotsuz təyyarə ilə hücuma məruz qalıb.

Bazaya dörd raket atılıb, ərazisdə partlayışlar baş verib. Şahidlərin sözlərinə görə, partlayışlardan sonra helikopterlər Amerika bazasından havaya qalxıb.

Qeyd edək ki, fevralın 3-də Deyr əz-Zor əyalətində Amerikanın Koniko qaz yatağındakı bazası atəşə tutulub. Həmin gecə ABŞ ordusu Suriya və İraqda 85-dən çox hədəfə hücum edib. Vaşinqton bildirib ki, hücumların hədəfi İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi hissəsinin və iranpərəst silahlı birləşmələrin mövqeləri olub. Hava hücumları nəticəsində İraq rəsmilərinin məlumatına görə, 16 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hücuma səbəb İordaniya-Suriya sərhədindəki bazaya pilotsuz təyyarənin endirilməsi olub və nəticədə 3 amerikalı həlak olub, onlarla adam yaralanıb. Birləşmiş Ştatların İraq və Suriyadakı zərbələri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-ın təşkilatdakı daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, ABŞ-ın hərbi zərbələri “zəruri və mütənasibdir”. Eyni zamanda o, ABŞ-ın İranla “birbaşa münaqişə axtarmadığını” vurğulayıb.

Poliqon.info