Ağsuda yeniyetmə dəm qazından boğularaq ölüb

Ağsuda dəm qazından ölüm hadisəsi baş verib...

APA xəbər verir ki, hadisə rayonun Səməndər Rzayev küçəsində qeydə alınıb.

Rayon sakini, 2012-ci il təvəllüdlü Fidan Valeh qızı Sadıqova dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info