Respublika üzrə saat 17:00-a olan seçici fəallığı açıqlandı - Yenilənir

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb....

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17:00-a qədər respublika üzrə 4 590 075 nəfər səs verib, seçici fəallığı 70,85 faiz olub.

***

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər respublika üzrə 3 922 187 nəfər səs verib, seçici fəallığı 60,54 faiz olub.

12:29

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər respublika üzrə 2 499 033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.

10:48

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a qədər respublika üzrə 1 259 371 nəfər səs verib, seçici fəallığı 19,44% faiz olub.

Qeyd edək ki, növbədənkənar prezident seçkisinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12:00, saat 15:00, saat 17:00 və saat 19:00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Poliqon.info