“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatında 250-ci oyununu keçirib

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatında 250-ci oyununu keçirib...

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, onun yubiley matçı Premyer Liqanın XXI turunda baş tutub.

“Səbail”lə səfər qarşılaşmasında meydançaya çıxan 33 yaşlı müdafiəçi indiyə qədər 4 qola imza atıb. Azərbaycan millisinin üzvü Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. O, bütün qollarını Ağdam klubunun heyətində vurub.Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan çempionatında 2011-12 mövsümündə debüt edib. O, 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) ilk dəfə “Sumqayıt”ın heyətində meydançaya çıxıb.

Poliqon.info