Ermənistanın hakim partiyası Paşinyandan Simonyanı istefaya yollamağı tələb edib

Ermənistanın akim “Vətəndaş müqaviləsi” partiyası Baş nazir Nikol Paşinyandan parlamentin spikeri Alen Simonyanın istefasını tələb edib...

Poliqon xəbər verir ki. bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb..

Nəşrin məlumatına görə, “Vətəndaş müqaviləsi” partiyası öz mövqeyini onunla izah edib ki, Simonyan və onun ətrafı dəfələrlə qalmaqalların mərkəzində olublar, lakin cəzasız qalıblar.

“Bbu yolverilməzlik atmosferinə son qoymaq lazımdır, çünki bu, komandanın reytinqinə xələl gətirir”, deyə Paşinyanın partiyası Baş nazirə müraciətilərində qeyd ediblər.

Partiya Simonyanın həyat yoldaşının idarə etdiyi “Freenews” telekanalından 23,3 milyon dram borcu ilə, daha sonra spikerin qardaşı Anya Gevorqyanın həyat yoldaşının məhkəmənin qəararı ilə həbs edildiyinə diqqət çəkib.

“Vətəndaş müqaviləsi” partiyası 2023-cü ilin aprelində Simonyanın vətəndaşın üzünə tüpürdüyü və ictimaiyyətin sərt şikayətlərinə baxmayaraq cəzasız qaldığı qalmaqalı da xatırladıb.

“Joxovurd” yazır ki, son korrupsiya qalmaqlına görı Paşinyanın tərəfdaşları Simonyanı cəzalandırmalı olduğunu təkid edirlər.

Poliqon.info