Zalujnı ilə birlikdə müavinləri də istefaya göndəriləcəklər...

Ukrayna Silahlı Qüvvələrinin rəhbəri ilə birlikdə onun bütün müavinləri işdən çıxarılacaq...

Ukrayna prezidenti Vladimir Zelenski Baş komandanının bütün müavinlərini Valeri Zalujnı ilə birlikdə vəzifədən azad edəcək.

Poliqon xəbər verir ki. bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.

“Zalujnı ilə birlikdə onun bütün müavinlərini işdən çıxarmağı planlaşdırırlar: Moysyuk, Balan, Zabrodski”, deyə Qonçarenko Telegram kanalında yazıb.

Qeyd edək ki, Mixail Zabrodski 2017-2019-cu illərdə Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qüvvələrinə komandanlıq edib. Nikolay Balan 2022-ci ilə qədər Ukrayna Milli Qvardiyasının komandanı olub. Yevgeni Moysyuk Rusiyada axtarışa verilib, o, dinc sakinlərin ölümünə səbəb olan Donbassı atəşə tutmaqda ittiham olunur.

Xatırlaadaq ki, yanvarın sonunda bir neçə Ukrayna KİV-i Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilməsi barədə məlumat yayıb. Dünən, fevralın 5-də Ali Radanın deputatı Yevgeni Şevçenko bildirib ki, Zalujnı Böyük Britaniyadakı səfir postuna keçməyə razılaşıb.

Ukrayna mətbuatı dünən yazıb ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptalanı da vəzifəsindən azad etməyi planlaşdırır.

Poliqon.info