Yaponiyada güclü qar çovğunu ölkəni iflic edib...

Tokioya yağan güclü qar səbəbindən 100-dən çox insan xəstəxanaya yerləşdirilib...

Yaponiyaya yağan güclü qar nəticəsində ən azı 109 nəfər müxtəlif xəsarətlərlə Tokio xəstəxanalarına aparılıb.

Poliqon xəbər verir ki, bu barədə “Kyodo” Agentliyi məlumat yayıb. Agentlik yazır ki, qonşu Sayama və Kanaqava prefekturalarında da qurbanlar var.

Təcili yardım xidmətini idarə edən şəhər yanğınsöndürmə idarəsinin məlumatına görə, Tokioda qar qurbanlarının yaşı 4 ilə 92 arasında dəyişirir və heç birinin həyati təhlükəsi yoxdur.

Qonşu Kanaqava prefekturasında 5 nəfər ağır, 34 nəfər isə yüngül xəsarət alıb. Saitama prefekturasında 12 nəfər yüngül xəsarət alıb.

Meteorologiya agentliyinin məlumatına görə, Qunma prefekturasının Maebaşı əyalətinə ötən gecə 11 santimetr, mərkəzi Tokio və Sayamada isə 8 santimetr qar yağıb.

Qarın fəsadları ilə əlaqədar Yaponiya aviadaşıyıcıları 30 reysi təxirə salıb. Elektrik qatarlarının hərəkətində fasilələr və ləngimələr yaranıb. Tokioda avtomobil və dəmir yolu nəqliyyatı da hələ də normala qayıtmayıb.

Tokionun bütün 23 mərkəzi rayonunda, eləcə də Sayama, Yamanaşi, Naqano, Toçiqi, İbaraki, Çiba və Kanaqava prefekturalarının bir sıra ərazilərində qar yağması ilə bağlı xəbərdarlıq elan edilib.

Tokyo Electric Power-ın məlumatına görə, Tokio prefekturasında və qonşu Kanaqava və Sayamada 1800-ə yaxın ev işıqsız qalıb.

Qeyd edək ki, bundan əvvəl Yaponiya hakimiyyəti “Mavar” qasırğasının yaxınlaşması ilə əlaqədar 138,7 min nəfərin təxliyə edildiyini açıqlamışdı.

Poliqon.info