Azərbaycanda dollara təlabat kəskin artıb... - Manatın devalvasiyası mümkündürmü?

Bu ayda Azərbaycanda dollara təlabat kəskin artıb...

İqtisadçı-ekspert: “Dollara olan tələbatın artmasının əsas səbəblərindən biri idxalın artmasıdır”.

“Ehtimallar üzərindən çıxış etsək, deyə bilərik ki, hazırkı dollara olan tələb, eyni zamanda neftin qiyməti və Mərkəzi Bankın strateji ehtiyatları hər hansısa bir devalvasiyanın olması üçün zərurətin olmadığını deməyə əsas verir”.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov Azərbaycanda dollara olan tələbatın artma səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Fevral ayında Azərbaycanda dollara təlabat kəskin artıb. Həttta bildirilir ki, yanvar-fevral aylarında Dövlət Neft Fondu maliyyə bazarına 2023-cü ildə çıxardığı valyutadan daha çox valyuta çıxarıb.

Bəs, Azərbaycanda xarici valyutaya olan təlaəbatın kəskin artması nəylə əlaqəlidir və təlabat artmaqda davam edərsə, manatın devalvasiyası mümkündürmü?

Dollara artan tələbatı və manatı gözləyən təhlükəni Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov: “Hazırkı məqamda nəzərə almalıyıq ki, manatın məzənnəsi bilavasitə Mərkəzi Bank tərəfindən tənzimlənir, bununla bağlı qərarların verilməsi səlahiyyəti də məhz Mərkəzi Bankdadır. Bu baxımdan birmənalı olaraq fikir söyləmək çox çətindir”.

Bu tendensiyanın yaxşı bir tendensiya olmadığı nəzərə çatdıran ekspert qeyd edib ki, hazırkı vəziyyətdə hansısa bir risk görmürəm, hər hansısa təhlükəli bir məqam yoxdur:

“Dollara olan tələbatın artmasının əsas səbəblərindən biri idxalın artmasıdır. İdxal həcmlərinin artması ölkəyə gətirilən məhsulların qarşılığında ölkədən dolların çıxmasını tələb edir. Bu isə təbii ki, dollara olan tələbi artırır.

Təbii olaraq, bu tendensiya yaxşı bir tendensiya deyil. Düzdür, hazırkı vəziyyətdə hansısa bir risk görmürəm, hər hansısa təhlükəli bir məqam yoxdur. Amma artım dinamikası qalarsa və nəticədə bizim əsas ölkəyə valyuta axınını təmin edən karbohidrogen ehtiyatlarının qiymətində kəskin enişlər olarsa, bu manata olan təzyiqi artıra bilər. Hazırkı məqamda nəzərə almalıyıq ki, manatın məzənnəsi bilavasitə Mərkəzi Bank tərəfindən tənzimlənir, bununla bağlı qərarların verilməsi səlahiyyəti də məhz Mərkəzi Bankdadır. Bu baxımdan birmənalı olaraq fikir söyləmək çox çətindir.

Lakin ehtimallar üzərindən çıxış etsək, deyə bilərik ki, hazırkı dollara olan tələb, eyni zamanda neftin qiyməti və Mərkəzi Bankın strateji ehtiyatları hər hansısa bir devalvasiyanın olması üçün zərurətin olmadığını deməyə əsas verir. Ancaq bir daha qeyd edim ki, hansı məqamda hansı qərarların verilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aiddir”.

Nərminə UMUDLU Poliqon.info